Qadın üç il əvvəl itkin düşmüş ərinin qalıqlarını evin ətrafını təmizləyərkən tapıb.
Tailandda bir qadın torpaqla dolu köhnə tullantıları təmizləmək qərarına gəlib və üç il əvvəl itkin düşmüş ərinin qalıqlarını aşkar edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Nakhonratçasima əyalətindən olan 60 yaşlı Tavi Paekratoke evinin arxasında ot biçən zaman köhnə keramika septik çənin tamamilə torpaqla dolu olduğunu aşkar edib. O, çəni boşaltmaq qərarına gəlib və sümüyə rast gələndə qazmağa başlayıb. Daha çox sümük və kəllə tapana qədər qazmağa davam edib.
Tezliklə skeletin yanında ərinə məxsus köynək peyda olub. Paekratoke polisə ərinin 2022-ci ilin noyabrında itkin düşdüyünü bildirib. O, polisə şikayət edib, lakin axtarışlar heç bir nəticə verməyib.
Sonra qonşular Paekratokeyə ərini bazarda başqa qadınla gördüklərini deyiblər. Bundan sonra o, ərinin məşuqəsinin yanına qaçdığına qərar verib və axtarmağı dayandırıb.