Ağcabədidə DOĞUŞ FACİƏSİ:  20 yaşlı qadın əməliyyat masasında öldü  -YENİLƏNİB
11 sentyabr 2025 14:37 (UTC +04:00)

Ağcabədidə DOĞUŞ FACİƏSİ: 20 yaşlı qadın əməliyyat masasında öldü -YENİLƏNİB

0

Ötən gün Ağcabədidə dünyaya gələn körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Məlumata əsasən, 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm, çəkisi 2 200 qram olan körpə (kişi) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq qadının bioloji ölüm faktı qeydə alınıb.

 

***

10:36

 

Ağcabədidə gənc qadın doğuş zamanı ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Ağcabədi rayon mərkəzi xəstəxanasında baş verib.

20 yaşlı Şərqiyyə Əlzamin qızı Qasımova keysəriyyə əməliyyatı ilə doğuş zamanı ölüb. Bu barədə onun ailə üzvləri hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1523

Oxşar yazılar