Ağcabədidə qəzada ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB
14 fevral 2026 01:23 (UTC +04:00)

Ağcabədidə qəzada ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

0

13.02.2026-cı il tarixində saat 20:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2010-cu il təvəllüdlü şəxs Əməliyyat blokuna alınıb.

2009-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində daha bir 2009-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

22:53

Ağcabədi rayonunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, üç minik avtomobilinin iştirakı ilə qeydə alınan hadisə nəticəsində ölən və yaralananlar var.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar