Ağdərədə tapılan insan qalıqları ilə bağlı prokurorluqdan AÇIQLAMA
03 aprel 2025 14:45 (UTC +04:00)

Ağdərədə tapılan insan qalıqları ilə bağlı prokurorluqdan AÇIQLAMA

İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir. 

***

saat 13:33

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb. Aidiyyatı qurumlar bu haqda məlumatlandırılıb.

Lent.az xəbər verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.

Adı çəkilən şəxslər, 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başlayıb.

 

***

10.25

Ağdərə rayonunda insana məxsus olması ehtimal edilən sümüklər aşkar edilib.

Lent.az məlumatına görə, skelet fraqmentləri Baş Güney kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma başlanıb.

Tapılan qalıqların 1992-ci ildə şəhid olan Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova aid olduğu ehtimal olunur./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2732

Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri  ilə bağlı tapşırıq verdi

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi

8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56