Ağsuda dağı yandıran saxlanıldı - VİDEO  - YENİLƏNİB
29 sentyabr 2026 10:32 (UTC +04:00)

Ağsuda dağı yandıran saxlanıldı - VİDEO - YENİLƏNİB

0

Ağsu rayonunda dağlıq ərazidə yanğın törədən saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

 

Mehman Nəbiyev

***
28 sentyabr, saat: 14:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar