Cəlilabadda qorxunc yanğın - VİDEO
29 sentyabr 2026 10:05 (UTC +04:00)

Cəlilabadda qorxunc yanğın - VİDEO

0

Cəlilabadda birmərtəbəli evdə yanğın olub.

Lent.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Dələli kəndində qeydə alınıb. Kənd sakini Qədir Qürbətova məxsus yaşayış evi yanıb.

Yanğınla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və əraziyə dərhal yanğınsöndürən qüvvələri cəlb olunub.

Hadisə nəticəsində evə dəyən ziyanın həcmi və yanğının başvermə səbəbləri araşdırılır.

Yanğın zamanı xoşbəxtlikdən ölən yaxud xəsarət alan olmayıb.

 

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar