Ana körpəsi ilə binadan yıxılıb öldü
11 sentyabr 2025 13:42 (UTC +04:00)

Ana körpəsi ilə binadan yıxılıb öldü

0

Rusiyanın Sankt-Peterburq şəhərində ana və uşağı altıncı mərtəbədən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Korablestroiteley küçəsində baş verib. Qonşular 37 yaşlı qadını və bir yaşlı körpəni uzanmış vəziyyətdə evin yanında tapıblar.

Qadının həyatını xilas etmək mümkün olmayıb. Onun oğlu ciddi baş travmaları ilə xəstəxanaya yerləşdirilib, hazırda həkimlər ona tibbi yardım göstərir.

İstintaq orqanları qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb. Hazırda baş verənlərin təfərrüatları araşdırılır.

Yerli KİV-in məlumatına görə, zərərçəkən bu binada iki aydır kirayə mənzildə yaşayırmış. Uşağın atası var, lakin o, ayrıca yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar