Araz Ağalarov  “Crocus City Hall”dakı terror işində zərərçəkmiş kimi  tanındı
12 fevral 2025 12:41 (UTC +04:00)

Araz Ağalarov “Crocus City Hall”dakı terror işində zərərçəkmiş kimi tanındı

“Crocus City Hall” konsert zalının sahibi “Crocus International” şirkəti 2024-cü il martın 22-də 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktı ilə bağlı iş üzrə zərərçəkmiş kimi tanınıb.

Lent.az xəbər verir ki, “Crocus International Araz Ağalarovun “Crocus Group”un strukturlarından biridir.

Krasnoqorskdakı konsert zalı yaraqlıların hücumu zamanı tamamilə yanıb, dam örtüyü uçub. Yanğından dəyən ziyan 10-12 milyard rubl qiymətləndirilib. “Crocus City Hall” “İnqosstrax” tərəfindən sığortalanıb, lakin sığorta məbləği dəymiş ziyanın məbləğindən xeyli aşağı ola bilər. Moskva vilayətinin səlahiyyətliləri dağıdılmış ərazinin bərpa olunmayacağını bildiriblər.

“Crocus”a hücum işində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb, daha 800-dən çox insan şahid qismində gətirilib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin yanvarda bildirib ki, təqsirləndirilən 27 nəfər var. İstintaq terror aktını Dalerjon Mirzoev, Saidakrami Rachabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzovun törətdiyini hesab edir.

Hücuma görə məsuliyyəti qadağan olunmuş “Vilayət Xorasan” terror qruplaşması öz üzərinə götürüb.

Fevralın əvvəlində təqsirləndirilənlərdən birinin vəkili Oleq Vlasovun cinayət təhqiqatının bir ildən az davam etdiyini bildirib. İşdə yüzdən çox cild var, lakin təqsirləndirilən şəxslərə baxılmaq üçün yalnız birbaşa özlərinə aid məlumatlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559

Oxşar yazılar