Bakı metrosunda ÖLÜM
03 oktyabr 2026 15:56 (UTC +04:00)

Bakı metrosunda ÖLÜM

1

Bakıda kişi metroda ölüb.

Lent.az xəbər verir ki, hadisə metronun "Avtovağzal" stansiyasının platformasında qeydə alınıb.

Bərdə rayon sakini olan 60 yaşlı Telman Muradovun qəfil halı pisləşib. Dərhal ona təcili tibbi yardım göstərilib.

Lakin görülən ilkin tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

"Bakı Metropoliteni"dən Lent.az-a bildirilib ki, "Avtovağzal" stansiyasının platformasında ahıl yaşlı bir sərnişinin (kişi) qəfil halı pisləşib:

"Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1425

Oxşar yazılar