"Qalatasaray" "Real"ın  yarımmüdafiəçisini almaq istəyir
03 oktyabr 2026 16:54 (UTC +04:00)

"Qalatasaray" "Real"ın yarımmüdafiəçisini almaq istəyir

0

İtaliyanın “Milan” və Türkiyənin “Qalatasaray” klubları Madrid “Real”ının yarımmüdafiəçisi Brahim Diazı yaxından izləyirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Avropa klublarının hücumameyilli yarımmüdafiəçiyə marağı onun müqaviləsi ilə bağlı mövcud vəziyyətlə əlaqədardır.

Brahim Diazın Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Lakin tərəflər arasında müqavilənin uzadılması ilə bağlı hələlik razılıq əldə olunmayıb.

Danışıqlarda yaranan bu fasilə digər klublara futbolçunun mümkün transferini nəzərdən keçirmək və belə keçidin nə dərəcədə real olduğunu qiymətləndirmək imkanı verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar