Astarada suyun səviyyəsi 1 metr oldu,  insanlar təxliyə edildi
27 sentyabr 2025 16:51 (UTC +04:00)

Astarada suyun səviyyəsi 1 metr oldu, insanlar təxliyə edildi

0

Ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində fəsadlar törədib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəsəbənin bəzi yerlərində suyun səviyyəsi 1 metrə çatıb.

Əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri və DİN-in əməkdaşları cəlb olunub. Ərazidə qərargah yaradılıb. Görülən tədbirlər nəticəsində bu saata kimi evlərdən 33 nəfər təxliyə olunub.

Təxliyə prossesinə 59 nəfər şəxsi heyət, 9 texnika və 1 qayıq cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar