Atası həbsdəki oğluna  narkotik   gətirdi
19 aprel 2024 18:30 (UTC +04:00)

Atası həbsdəki oğluna narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, həbs edilən İlkin İlham oğlu Vəzirova atasının gətirdiyi sovqata baxış keçirilən zaman oradakı xurmaların içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,831 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1635
avatar

Oxşar yazılar