Atasının evindən 12 min manatlıq qızıl   oğurlayan oğul tutuldu
18 avqust 2025 15:44 (UTC +04:00)

Atasının evindən 12 min manatlıq qızıl oğurlayan oğul tutuldu

Astarada atasının evindən 12 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Astara rayonu ərazisində yerləşən evlərdən birindəki seyfdən 12 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə həmin əməlin ev sahibinin oğlu 25 yaşlı M.F. tərəfindən törədildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun oğurladığı qızılları paytaxt ərazisində satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar