İspaniyada Avropanın ən çox axtardığı cinayətkar ələ keçib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, odlu silah işlətməklə soyğunçuluqla ittiham edilir. Məlumata görə, 2015-ci ildən axtarılan şəxs bir neçə nəfərlə birgə zərgərlik mağazasını qarət edib. Hadisə zamanı bir nəfər həlak olub.
Yeri gəlmişkən, Niderland hökuməti həmin şəxsin tapılması üçün xüsusi mükafat ayırmışdı.