Avtomobil ağaca çırpılıb yandı - Sərnişin yanaraq öldü
12 oktyabr 2025 23:43 (UTC +04:00)

Avtomobil ağaca çırpılıb yandı - Sərnişin yanaraq öldü

0

Oğuzda avtomobilin ağaca çırpılaraq yanması nəticəsində sərnişin yanaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə axşam saat 20 radələrində Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəzadan sonra avtomobildə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Qəbələ rayonundan xilasedicilər cəlb olunub.

Avtomobildə baş verən yanğın söndürüldükdən sonra xilasedicilər tərəfindən maşında qalan sərnişin rayonun Padar kənd sakini 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyevin yanmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar