Məktəbdən Hollivuda  - müəllimlik etmiş ULDUZLAR
11 oktyabr 2025 19:11 (UTC +04:00)

Məktəbdən Hollivuda - müəllimlik etmiş ULDUZLAR

0

Dünyaca məşhur bəzi ulduzlar kino ulduzu olmamışdan əvvəl məktəbdə müəllim kimi dərs deyiblər. Məsələn, Hyu Cekman bədən tərbiyəsi, Stinq isə futbol və riyaziyyat fənlərini tədris edib. 

Lent.az müəllim kimi fəaliyyət göstərmiş ulduzları təqdim edir.

Hyu Cekman

Avstraliyalı aktyor və şoumen Hyu Cekman 1987-ci ildə İngiltərənin Şərqi Midland bölgəsində yerləşən Uppingem məktəbində bədən tərbiyəsi dərsləri keçib. Maraqlıdır ki, 2013-cü ildə Sürix Kino Festivalının qırmızı xalçasında o, keçmiş tələbəsi Rollo Rossla qarşılaşıb. Ross indi jurnalist kimi çalışır. Cekman zarafatla soruşub: “Səni həyata yaxşı hazırlamışam, eləmi?”

Şeril Krou

Uşaqlıqdan mahnı oxumağı çox sevən Şeril Krou sonradan Kellison ibtidai məktəbində musiqi müəlliməsi kimi işləyib. O, iki il dərs deyib, yerli musiqi qrupları ilə çıxış edib və hətta reklam jinqlləri yazıb. Daha sonra isə solo karyerasına başlamaq üçün Los-Ancelesə köçüb.

Sting

Əsl adı Qordon Metyu Tomas Samner olan Sting, “The Police” qrupunun solisti olmamışdan əvvəl iki il Nortumberlend bölgəsindəki Müqəddəs Pavel məktəbində çalışıb. O, musiqi ilə yanaşı ingilis dili, riyaziyyat və futbol da tədris edib.

“Mən oturub onlara musiqi çalırdım… Bu, mənim üçün ən sevdiyim hissə idi. Bir gün direktorun yanına gedib dedim: Mən dərs ilinin sonunda işdən çıxmalıyam. O isə cavab verdi: “Bilirsən ki, pensiyanı itirəcəksən, eləmi?” — və o, haqlı idi,” — deyə Sting xatırlayırdı.

Cessi Uilyams

Məşhur “Qrey anatomiyası” serialının ulduzu Cessi Uilyams Filadelfiyada altı il müəllim kimi çalışıb. O, tarix, amerikanşünaslıq, afrikaşünaslıq və ingilis dili dərsləri keçib.
“Ən çox sevdiyim iş məhz müəllimlik idi. Mən məktəbə qayıtmaq istərdim. Sinifdə olmaq mənə həqiqətən zövq verir,” — deyə o demişdi.

Silvestr Stallone

Aktyor və prodüser Silvestr Stallone 1960-cı illərdə İsveçrədəki Amerika Kollecində təhsil alarkən cib xərcliyi qazanmaq üçün bədən tərbiyəsi müəllimi kimi çalışıb. O, həmin illərdə qazandığı döyüş vərdişlərinin filmlərdəki döyüş səhnələrində işinə çox yaradığını deyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar