Nigeriya yığması təyyarə qəzası təhlükəsi ilə üzləşdi
12 oktyabr 2025 15:41 (UTC +04:00)

Nigeriya yığması təyyarə qəzası təhlükəsi ilə üzləşdi

0

Dünya çempionatının seçmə oyunundan sonra Lesotodan qayıdan Nigeriya millisinin təyyarəsinin ön şüşəsi çatlayıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, pilotlar Anqolaya məcburi eniş ediblər.

Nigeriya Futbol Federasiyası hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, futbolçuların və rəsmilərin sağlamlıqla bağlı heç bir problemi yoxdur.

Federasiya ölkəyə təhlükəsiz şəkildə çatmaq üçün yeni bir təyyarə tələb etdiklərini qeyd edib.

Xatırladaq ki, Nigeriyanın 2:1 hesabı ilə qalib gəldiyi Lesoto matçında Ndidi 90 dəqiqə oynayıb, Osimhen isə 89-cu dəqiqədə əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar