Goranboyda minik avtomobili aşdı, 3 nəfər xəsarət aldı
12 oktyabr 2025 08:34 (UTC +04:00)

Goranboyda minik avtomobili aşdı, 3 nəfər xəsarət aldı

0

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində 1979-cu il təvəllüdlü Ə. Həsənov, 1969-cu il təvəllüdlü Z. Səmədov və 1995-ci il təvəllüdlü M. Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 780

Oxşar yazılar