İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.
Lent.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək./APA
***
13:27
Türkiyədə Azərbaycan və Türkiyə bayraqlı iki tankerdən həyəcan siqnalı daxil olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Florya sahillərində qeydə alınıb.
Bildirilir ki, hazırda gəmilərə xilasetmə qüvvələri göndərilib.