ABŞ Prezidenti Donald Trampa İsrailin ən nüfuzlu mükafatı olan və indiyə qədər yalnız israillilərə verilən İsrail Mükafatı veriləcək.
Lent.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Floridada Trampla görüşdən sonra məlumat verib.
"Prezident Tramp bir çox konvensiyanı pozdu və bu, bir çox insanın təəccübünə səbəb oldu və sonradan onun haqlı olduğunu etiraf etdilər. Buna görə də biz də konvensiyanı pozmaq və ya yenisini yaratmaq qərarına gəlmişik ki, bu da təxminən 80 ildir heç vaxt qeyri-israilli birinə vermədiyimiz İsrail Mükafatını ona verməkdir. Biz bu il onu prezident Trampa vermək niyyətindəyik", - Netanyahu bildirib.