Azərbaycanda 14 yaşlı qızı məktəbdən çıxarıb NİŞANLADILAR:  İki aydan sonra toy...
01 noyabr 2021 17:57 (UTC +04:00)

Azərbaycanda 14 yaşlı qızı məktəbdən çıxarıb NİŞANLADILAR: İki aydan sonra toy...

Azərbaycanda 14 yaşlı qız nışanlanıb.

Lent.az-ın məlumatına görə, hadisə bu il iyul ayında Salyanın Şorsulu kəndində qeydə alınıb. Bundan əlavə nişanlanan qız təhsildən yayındırılıb.

Bildirilir ki, 14 yaşlı qız V. İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinfində təhsil almalıdır. Lakin valideynləri məktəblə əlaqə saxlayaraq, onun artıq dərsə getməyəcəyi ilə bağlı məsələni “həll ediblər”. Qeyd olunur ki, artıq toy mərasiminin də uşağın 15 yaşı tamam olandan sonra, yəni gələn ilin yanvar-fevral aylarında keçirilməsi planlaşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, fakt nəzarətə götürülüb və lazımi tədbirlər görülür:

“İddialar DİN-in nəzarətinə götürülüb. Salyan rayon Polis Şöbəsi tərəfindən bütün müvafiq tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub, dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.

Lent.az-ın məlumatına görə, 14 yaşlı məktəbli qızla nişanlandığı iddia olunan gənc hazırda hərbi xidmətdədir.

# 11721
avatar

Mehman Nəbiyev

Oxşar yazılar