Azərbaycanda 3 rayonun prokuroru COVID -ə yoluxdu
24 yanvar 2022 13:00 (UTC +04:00)

Azərbaycanda 3 rayonun prokuroru COVID-ə yoluxdu

Azərbaycanda 3 rayonun prokuroru koronavirusa yoluxub.

Lent.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov məlumat verib. 

Onun sözlərinə görə, Şirvan şəhər prokuroru Kamal Talıbov, Ağdaş rayon prokuroru Tural İbrahimov və Ağdam rayon hərbi prokuroru Surxay Hüseynovun COVID-19 testləri pozitiv çıxıb.

# 4902
avatar

Mehman Nəbiyev

Oxşar yazılar