Azərbaycanda "369 yaşlı"  kişiyə sürücülük vəsiqəsi verildi - RƏSMİ REAKSİYA  - FOTO
15 avqust 2022 18:03 (UTC +04:00)

Azərbaycanda "369 yaşlı" kişiyə sürücülük vəsiqəsi verildi - RƏSMİ REAKSİYA - FOTO

Azərbaycanda vətəndaşın doğum tarixi səhv yazılan sürücülük vəsiqəsi müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

Belə ki, Şamaxı rayon sakini Balayev Nizaməddin Balası oğlunun doğum tarixi onun sürücülük vəsiqəsində 1653-cü il olaraq qeyd edilib.

Bu isə sosial şəbəkədə paylaşılaraq, gülüş hədəfinə çevrilib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Lent.az-ın sorğusuna cavabında bununla bağlı araşdırma aparıldığını bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı vəsiqəni verən şöbə, səhvin hansı səbəbdən yaranması və s. aşkar ediləcək.

Qurum rəsmisi onu da qeyd edib ki, yalnız araşdırmanın nəticəsindən sonra məsələyə hüquqi qiymət verilərək, problem aradan qaldırılacaq.

Yanlışlıq olan vəsiqə

# 5553
avatar

Mehman Nəbiyev

Oxşar yazılar