Azərbaycanda adam öldürən şəxs həbsxanada intihar etdi
08 dekabr 2022 13:14 (UTC +04:00)

Azərbaycanda adam öldürən şəxs həbsxanada intihar etdi

Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında baş verib. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.

İlkin məlumata görə, məhkum barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.

Faktla bağlı araşdırma başlanıb.

Qeyd edək ki, Mehdi Əhmədov 2021-ci ilin dekabr ayında Tovuzun İbrahimhacılı kəndində 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Alırzayev qardaşlarını mübahisə zəminində bıçaqlayıb. Nəticədə ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

# 2829
avatar

Oxşar yazılar

Gəncədə  zəlzələ   olmayıb - RƏSMİ

Gəncədə zəlzələ olmayıb - RƏSMİ

29 yanvar 2023 , 00:31
Məktəbli özündən yaşca böyük kişini bıçaqladı

Məktəbli özündən yaşca böyük kişini bıçaqladı

28 yanvar 2023 , 23:52
Zaqatalaya qonaq gələn uşağı it dişlədi

Zaqatalaya qonaq gələn uşağı it dişlədi

28 yanvar 2023 , 23:09
Naxçıvanda avtomobil velosipedçini vurdu

Naxçıvanda avtomobil velosipedçini vurdu

28 yanvar 2023 , 23:00
Oğuzda yol qəzası – yaralılar Şəkiyə göndərildi

Oğuzda yol qəzası – yaralılar Şəkiyə göndərildi

28 yanvar 2023 , 22:50
İrandakı zəlzələ Naxçıvanda hiss olundu-VİDEO -YENİLƏNİB

İrandakı zəlzələ Naxçıvanda hiss olundu-VİDEO-YENİLƏNİB

28 yanvar 2023 , 22:45
Tovuz sakini intihar etdi

Tovuz sakini intihar etdi

28 yanvar 2023 , 22:05
RSK-nın daha bir avtomobili Laçın-Xankəndi yolundan keçdi-FOTO

RSK-nın daha bir avtomobili Laçın-Xankəndi yolundan keçdi-FOTO

28 yanvar 2023 , 20:23