Azərbaycanda ata oğlu üçün qız qaçırdı: SAXLANILANLAR VAR
01 mart 2022 12:12 (UTC +04:00)

Azərbaycanda ata oğlu üçün qız qaçırdı: SAXLANILANLAR VAR

Baş Prokurorluq Göyçayda qız qaçırılması ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, fevralın 26-ı Göyçay rayonu ərazisində A.Ə.-nin (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay rayon Polis Şöbəsinə tapşırılıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq davam edir.

# 4584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar