Azərbaycanda gənc oğlan "PUBG" oynayandan sonra  YOXA ÇIXDI  - FOTO
05 mart 2022 13:55 (UTC +04:00)

Azərbaycanda gənc oğlan "PUBG" oynayandan sonra YOXA ÇIXDI - FOTO

Hacıqabul rayonu Navahı kənd sakini, 23 yaşlı Cəlal Tapdıqov martın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlal Tapdıqov arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara şalvar, qara papaq və  qara ayaqqabı olub.

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

İtkin düşən 24 yaşlı Cəlal Tapdıqovun əmisi oğlu Hilal Tapdıqov Lent.az-a bildirib ki, Cəlal martın 3-ü gecə Hacıqabul rayonu Nəvahi kəndindəki yaşadığı evdən çıxaraq, Lökbatan dairəsinə getmək üçün maşına minib:

“Ən son orada görünüb. Telefonuna zəng çatmır, söndürülüb. Polisə müraciət etmişik. 14 saat əvvəl "Facebook" hesabında onlayn olub. İndi onunla da əlaqə saxlamaq olmur. Bəlkə internet-kafe işlədən qardaşlar görə bilər. Bakını tanımır, orada tanıdığı qohumu, dostu da yoxdur. Evdən çıxanda ən son “PUBG” adlı oyunda olub. Ondan sonra ora da girməyib”.

# 3009
avatar

Mehman Nəbiyev

Oxşar yazılar