Gömrükdə ələ keçirilən heroin
22 aprel 2021 13:30 (UTC +04:00)

Gömrükdə ələ keçirilən heroin

Azərbaycanda GÖRÜNMƏMİŞ ƏMƏLİYYAT: 122 kilodan çox heroin...-YENİLƏNİB

Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya alma yükü aparan İran vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib.Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib.

Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122  kq 480  qram açıq-qəhvəyi rəngli narkotik vasitə-heroinin qablaşdırıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

***

Saat: 12:46

122 kiloqramdan artıq narkotik vasitə olan heroinin Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb”.

# 2235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar