Azərbaycanda icra nümayəndəsi cərimələndi
31 may 2021 12:42 (UTC +04:00)

Azərbaycanda icra nümayəndəsi cərimələndi

Mayın 26-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi, Xəzri Bağları 2 massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsinin vəzifəli şəxsi V.Qəhrəmanov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

# 1584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar