Azərbaycanda kişi arvadını bıçaqladı -  YENİLƏNİB
03 iyul 2022 14:44 (UTC +04:00)

Azərbaycanda kişi arvadını bıçaqladı - YENİLƏNİB

Şəmkirdə həyat yoldaşının bıçaqladığı qadının kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bıçaqlanan qadın 37 yaşlı Əliyeva Talihədir.

Məlumata görə, qadına 4 bıçaq zərbəsi vurulub.

Şəmkirdə həyat yoldaşını bıçaqlayan şəxsin adı da  məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisəni Əliyev Elçin törədib.

Elçin Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki Elçin Əliyev Şəmkirdə Mədəniyyət evində çalışır.

***

saat 14.24

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Məmmədəli Əhmədov küçəsində qeydə alınıb.

Gənc qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 2679
avatar

Oxşar yazılar