Xaçamzda qəbiristanlıqdan tapılan silah-sursat
21 may 2021 09:48 (UTC +04:00)

Xaçamzda qəbiristanlıqdan tapılan silah-sursat

Azərbaycanda qəbiristanlıqdan külli miqdarda silah-sursat tapıldı-FOTO

Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinə rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7.62 mm-lik və 134 ədəd 5.45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.

Sursatların tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

# 1287
avatar

Mehman Nəbiyev

Oxşar yazılar