Azərbaycanda sabiq məmura  elektron qolbaq taxıldı
19 may 2025 10:21 (UTC +04:00)

Azərbaycanda sabiq məmura elektron qolbaq taxıldı

Qusar Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Lent.az "Pravda.az"a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

İttihama görə, Q.Q. Qusar Rayon Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində çalışıb. O, 2023-cü illərdə xəstəxananın 20 045.82 manat pulunu mənimsəyib.

Q.Q. istintaq dövründə törətdiyi cinayət əməlini səmimi etiraf edib. Bildirib ki, mənimsədiyi pulları xəstəxanaya geri qaytarıb, əməlindən peşmançılıq hissi keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar