Həkimlərdən xəbərdarlıq: Həddindən artıq qəhvə sağlamlığa zərər verə bilər
27 iyun 2026 05:41 (UTC +04:00)

Həkimlərdən xəbərdarlıq: Həddindən artıq qəhvə sağlamlığa zərər verə bilər

0

 

Mütəxəssislər bildirirlər ki, qəhvə ölçülü istehlak edildikdə ürək-damar sağlamlığına, beyin funksiyalarına və maddələr mübadiləsinə müsbət təsir göstərə bilər.

Lent.az xəbər verir ki, araşdırmalara görə, gündə 3-5 fincan qəhvə içmək bəzi xroniki xəstəliklərin riskini azalda bilər.

Bununla yanaşı, gündə 3-4 fincandan çox qəhvə qəbul etmək bəzi insanlarda ürəkdöyünmə, narahatlıq, mədə problemləri, qan təzyiqinin dəyişməsi və yuxu pozğunluqlarına səbəb ola bilər.

Həkimlər xüsusilə ürək ritm pozğunluğu, hipertoniya, mədə xəstəlikləri, həyəcan pozuntusu və osteoporozu olan şəxslərə qəhvə istehlakında ehtiyatlı olmağı tövsiyə edirlər.

Hamilə qadınlara isə gündə 200 mq-dan çox kofein qəbul etməmək məsləhət görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar