Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü
13 aprel 2024 10:49 (UTC +04:00)

Azərbaycanda təhsil alan türkiyəli tələbənin başına beton düşdü

Türkiyədə küçədə kişinin başına beton parçası düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hakkari şəhərində baş verib. 5-ci mərtəbədən beton parçası qoparaq yoxuşla qalxan 31 yaşlı Məhəmməd Kahramanın başına düşüb. Nəticədə o, ağır xəsarətlər alaraq, ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, M. Kahraman Azərbaycanda əczaçılıq fakültəsini yenicə bitirib.

# 2538
avatar

Mehman Nəbiyev

Oxşar yazılar