Azərbaycanda tur-paket FIRILDAĞI:  pulları uşağının doğumuna  xərcləyən qadın həbs olundu
02 sentyabr 2026 20:00 (UTC +04:00)

Azərbaycanda tur-paket FIRILDAĞI: pulları uşağının doğumuna xərcləyən qadın həbs olundu

0

Misirə və Dubaya getmək istəyənləri aldadaraq, pullarını ələ keçirən qadın həbs olunub.

Lent.az-ın xəbərinə görə, 38 yaşlı Münəvvər Seyidova (şərti adla) bildirib ki, internet vasitəsilə aviabiletlərin və tur-paketlərin satışı ilə məşğul olub. Bu işdə uğur qazanıb və gəlir əldə edib.

Adı çəkilən ölkələrə bir neçə günlük getmək istəyən şəxslərə də tur-paket təşkil edəcəyini deyib. Bu yolla 2 zərərçəkmişdən ümumilikdə 6480 manat pul alıb.

Lakin həmin vəsaiti söz verdiyi kimi, tur-paketlərin alınmasına sərf etməyib. Özünün sözlərinə görə, həmin vaxt uşağı dünyaya gələcəkmiş və pula ehtiyacı varmış. Buna görə də, əldə etdiyi vəsaiti elə uşağının doğumu üçün xəstəxana xərclərinə, öz ehtiyaclarına sərf edib. M. Seyidova hazırda himayəsində bir neçə aylıq körpəsinin olduğunu bildirib.

Nəticədə Münəvvər Seyidova zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə o, ümumilikdə 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası saxlanıldığı 2025-ci ilin əvvəlindən hesablanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar