Azərbaycanda  yeniyetmə qız   ana oldu, polis işə qarışdı
29 iyun 2021 11:56 (UTC +04:00)

Azərbaycanda yeniyetmə qız ana oldu, polis işə qarışdı

Ağdamda 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 23-də Ağdam rayonu, Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar Ağdam rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, rayonun Quzanlı qəsəbə sakini 17 yaşlı S.Quliyevanın Gəncə şəhər doğum evində uşaq dünyaya gətirməsi ilə bağlı mediada məlumat yayılıb.

# 5187
avatar

Mehman Nəbiyev

Oxşar yazılar