Azərbaycanda yeniyetmə su kanalında  BOĞULDU
28 iyun 2022 19:01 (UTC +04:00)

Azərbaycanda yeniyetmə su kanalında BOĞULDU

Ağstafa rayonunda yeniyetmə su kanalında boğulub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

16 yaşlı rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimən zaman boğulub.

Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.

# 1305
avatar

Oxşar yazılar