Azərbaycandan aparılan külli miqdarda toyuq əti məhv edildi
19 dekabr 2025 09:23 (UTC +04:00)

Azərbaycandan aparılan külli miqdarda toyuq əti məhv edildi

0

Rusiyanın Surqut hava limanında gömrük xidməti mütəxəssisləri Azərbaycandan gələn sərnişinin baqajında mənşəyi məlum olmayan 57 kiloqramdan çox toyuq əti aşkar ediblər. Bütün məhsullar müsadirə olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, regional Rosselxoznadzor İdarəsinin saytında bildirildiyinə görə, Azərbaycandan gələn beynəlxalq reysin sərnişininin baqajı və əl yükü yoxlanılarkən şəxsi istifadə üçün gətirilən, sənaye üsulu ilə istehsal olunmamış (zavod qablaşdırması olmayan) 57,54 kq quş əti aşkar edilib. İdxalı qadağan olunmuş bu məhsullar götürülüb.

Bütün ət məhsulları məhv edilib. Qadağan olunmuş məhsulların sahibi barəsində inzibati icraat başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar