Yanğın olan avtomobil
18 avqust 2022 16:59 (UTC +04:00)

Yanğın olan avtomobil

Azərbaycandan Ukraynaya qarpız daşıyan TIR yandı - FOTO

Azərbaycandan gedən TIR Türkiyədə yanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun-Ankara yolunda qeydə alınıb.

Məlumata görə, TIR-da Azərbaycandan Ukraynaya aparılan 20 ton qarpız olub.

Qeyd edilib ki, sürücü qəflətən yük maşınının mühərrik hissəsində yanğın əmələ gəldiyini görüb. O, dərhal düşərək ətrafdakılardan kömək istəyib. Bundan sonra hadisə yerinə yanğınsöndürənlər  gəliblər. Onların müdaxiləsi nəticəsində qarpızların tələf olunmasının qarşısı alınıb və yanğın söndürülüb.

Yanğın olan avtomobil

# 2169
avatar

Mehman Nəbiyev

Oxşar yazılar