Türkiyədə tutulan iş adamı  Fərzad Foroozanmehri
17 mart 2021 18:46 (UTC +04:00)

Türkiyədə tutulan iş adamı Fərzad Foroozanmehri

Azərbaycanın axtarışa verdiyi iranlı iş adamı Türkiyədə tutuldu

1

Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi iranlı iş adamı Türkiyədə saxlanılıb.

APA xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.

Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.

Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2761

Oxşar yazılar