Azərbaycanın tanınmış idmançısı polis idarəsində qarət olundu - FOTO  - YENİLƏNİB
24 yanvar 2022 15:39 (UTC +04:00)

Azərbaycanın tanınmış idmançısı polis idarəsində qarət olundu - FOTO - YENİLƏNİB

İdmançı Gözəl Zutovanın qarət olunması ilə bağlı araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Gözəl Zutovaya məxsuz əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır: "Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olacaq. Bu barədə Gözəl Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb".

***

Saat: 12:40

Azərbaycanın tanınmış idmançı Gözəl Zutova qarət edilib.

Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib.

Onun sözlərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb: “Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb. Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır”. 

Gözəl Zutova

# 5172
avatar

Mehman Nəbiyev

Oxşar yazılar