Azərbaycanlı bərbər gömrükdə saxlanıldı
12 sentyabr 2025 10:23 (UTC +04:00)

Azərbaycanlı bərbər gömrükdə saxlanıldı

0

Rusiyanın Yekaterinburq şəhərindəki Koltsovo hava limanında gömrükçülər Bakudan gələn 29 yaşlı bərbəri saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun salonuna gətirməyi planlaşdırdığı, bəyan edilməmiş ülgüclər aşkar edilib.

Məlumata əsasən, “Yaşıl dəhliz”dən keçərkən gömrükçülər Bakı – Yekaterinburq reysi ilə gələn sərnişini saxlayıblar. Onun baqajında ümumi çəkisi beş kiloqramdan çox olan saçkəsmə maşınları və mum isitmə qabı tapılıb. Sərnişin bildirib ki, gömrük qaydaları ilə tanış deyil və mal üçün bəyanetmə forması doldurmayıb.

Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi (malların bəyan edilməməsi) üzrə inzibati iş açılıb.

“Sərnişin gömrük nəzarət zonasında yerləşdirilmiş stendlərdəki məlumatlarla tanış olmalı və ya məsləhət üçün inspektora yaxınlaşmalı idi,” – deyə Koltsovo hava limanı gömrük postunun rəisi Sergey Borovik vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar