Türkiyədə qəzada yaralanan azərbaycanlı sürücü ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 11-də Antalyanın Alanya şəhərində baş verib.
27 yaşlı Möhlət Bəhlulzadənin idarə etdiyi kvadrasiklla 62 yaşlı Süleyman T.-nin idarə etdiyi taksi minik avtomobili toqquşub. Nəticədə Möhlət Bəhlulzadə ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib. Lakin 15 günlük tibbi tədbirlərə baxmayaraq, oktyabrın 26-da xəstəxanada ölüb.
Qəzaya səbəb olan Süleyman T. məhkəmə qərarı ilə həbs edilib, araşdırma aparılır.
