Azərbaycanlı sürücünün TIR-ı qəzaya düşdü, yaralılar var
26 fevral 2026 12:09 (UTC +04:00)

Azərbaycanlı sürücünün TIR-ı qəzaya düşdü, yaralılar var

0

Rusiyada azərbaycanlı sürücünün iştirakı ilə qəza olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ryazan vilayətinin Skopin rayonunda, “Kaspi” avtomobil yolunun 255-ci kilometrində baş verib. 

59 yaşlı sürücü yarımqoşqulu “MAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən həmyaşıdı olan sürücünün “Lada Largus” markalı avtomobilinə çırpılıb. Zərbədən sonra “Lada” qoşqulu “Renault Premium” yük avtomobilinə dəyib. Həmin nəqliyyat vasitəsini Azərbaycan Respublikasının 35 yaşlı vətəndaşı idarə edirmiş.

Qəza nəticəsində “Lada”nın 20 və 56 yaşlı sərnişinləri xəsarət alıblar. Onlara tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar