"Azərenerji"nin əməkdaşı Şuşada minaya düşdü  - YENİLƏNİB
07 dekabr 2023 14:09 (UTC +04:00)

"Azərenerji"nin əməkdaşı Şuşada minaya düşdü - YENİLƏNİB

Şuşada mina partlayışı və bir nəfərin xəsarət alması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsəfərrüfat sahəsində çalışan 36 yaşlı Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası ilə nəticələnən xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

***
Saat: 11:57

Dekabrın 7-də saat 11:15-də Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 36 yaşlı Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. 

Araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, minaya düşən şəxs "Azərenerji" ASC-nin əməkdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6663
avatar

Oxşar yazılar