Bakı aeroportunda ƏMƏLİYYAT:  külli miqdarda gizli gətirilən qızıl tapıldı
08 oktyabr 2025 10:47 (UTC +04:00)

Bakı aeroportunda ƏMƏLİYYAT: külli miqdarda gizli gətirilən qızıl tapıldı

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar