Bakı aeroportunda şokaladların içindən qızıl  çıxdı
12 sentyabr 2025 11:30 (UTC +04:00)

Bakı aeroportunda şokaladların içindən qızıl çıxdı

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar