Bakıda məktəbdə FACİƏ:  şagird yıxılıb öldü  - YENİLƏNİB
28 oktyabr 2026 11:35 (UTC +04:00)

Bakıda məktəbdə FACİƏ: şagird yıxılıb öldü - YENİLƏNİB

0

225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. 

Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. 

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***
11:03

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Lent.az oxu.az-a istinadla xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 832

Oxşar yazılar