Bakı metrosunda jurnalist ölümdən döndü
28 fevral 2022 13:52 (UTC +04:00)

Bakı metrosunda jurnalist ölümdən döndü

Bakı metrosunda gənc jurnalistin halı pisləşib.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Ayşən Mustafa sosial şəbəkədə məlumat verib.

O bildirib ki, metronun “Elmlər Akademiyası” stansiyasından “Qara Qarayev” stansiyasına gələrkən halı pisləşib.

Buna görə də, o, “Ulduz” stansiyasında düşüb. Jurnalistin sözlərinə görə, ona Bəhram adlı polis əməkdaşı və metropolitenin İnarə adlı əməkdaşı yardım edib.

A. Mustafanın sözlərinə görə, adı çəkilən polis əməkdaşı həmin an başqa bir problemlə üzləşən şəxsə kömək edirmiş.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nümunəvi hərəkətinə görə həmin polis əməkdaşı mükafatlandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

Mehman Nəbiyev

Oxşar yazılar