Bakı metrosunda YANĞIN:  kimyəvi maddə buxarlandı - YENİLƏNİB
31 mart 2023 16:55 (UTC +04:00)

Bakı metrosunda YANĞIN: kimyəvi maddə buxarlandı - YENİLƏNİB

0

Bakı metrosunda daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

Lent.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat yayıb.

"Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur" - deyə məlumatda bildirilir.

***

15:47

"Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub.

Lent.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

“Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib. Dezinfeksiya məqsədilə istifadə olunmaq üçün xlor maddəsi toz halda paketdə olub”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4033

Oxşar yazılar