Bakı-Qazax yolunda faciəli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Ağstafanın Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 23 yaşlı Vilayət Nəbiyevin idarə etdiyi "Vaz" markalı avtomobildəki sərnişin, 24 yaşlı Hidayət Hüseynov avtomobilin qapısını açaraq başını bayıra çıxarıb, nəticədə sərnişinin başı sürətlə hərəkət edən avtomobilin qapısının arasında qalaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən sərnişin aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.